Nəsimi rayonunda şəhid Hacırza Rzayevin əziz xatirəsi yad edilib. Bu haqda 18 avqust tarixində Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.

Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailəsi Rzayevin məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. Füzuli, Cəbrayıl, Hadrutda gedən döyüşlərdə iştirak edib. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, “Vətən Uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.