Paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində təmir-bərpa işləri tamamlanıb. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Ərazidə köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib, yeraltı su və kommunikasiya xətləri bərpa olunub. Müvafiq nişanlanma xətləri çəkilib, parkinq yerləri yaradılıb.

Hazırda rayonun digər küçələrində də yenidənqurma işləri davam edir.

yollarının təmiri davam edir
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytı