Bakıda baş vermiş yanğına FHN müdaxilə edib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin məbuat xidmətinə istinadən bu gün, 18 avqust tarixində xəbər verir.

Paytaxtın Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının çöl divarına quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 8 poqonometr kabel yanıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.