Akademik Rus Dram Teatrı yeni mövsümə hazırlaşır və artıq repertuarını təqdim edib. Bu haqda 19 avqust tarixində Bakuplus.az məlumat verir.

Yeni teatr mövsümünün açılışında Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında sentyabrın 16-sı Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəlirdi” romanı əsasında qurulmuş tamaşa göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovdur.

Sentyabr ayında böyüklər üçün repertuar:

  • 16 sentyabr – “Və qadın gəlirdi…”;
  • 17 sentyabr – “Evlilik”;
  • 18 sentyabr – “Maskarad”;
  • 23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)”;
  • 24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”;
  • 25 sentyabr – “Sürprizlər günü”;
  • 30 sentyabr – “Qürur və qərəz”.

Sentyabr ayında uşaqlar üçün hazırlanmış repertuar:

  • 17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”;
  • 18 sentyabr – “Düyməcik”;
  • 24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;
  • 25 sentyabr – “Nağılı tap–5”.