Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə sərgi keçirilir. Bu haqda BakuPlus.az bu gün, 19 avqust tarixində xəbər verir.

AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən sərgi iki həftə davam edəcək.

Sərgidə Natəvanın əsərləri ilə yanaşı, onun haqqında yazılmış kitab, məqalə, jurnal, qəzet materialları da nümayiş etdirilir.

Kitablar sırasında “Xurşidbanu Natəvan”, “Xurşidbanu Natəvan. Əsərləri”, “Neçin gəlməz” (Xurşidbanu Natəvan), “Natəvanın şair qohumları” (Bəylər Məmmədov) və digərləri yer alıb.