Azərbaycanda ilk dəfə olaraq uşaqlar arasında akvatlon yarışları keçirilib. Yarış Bakıdakı Avropa Oyunları Parkında təşkil olunub. Bu haqda bu gün, 19 avqust tarixində Azərbaycan Triatlon Federasiyasının mətbuat xidməti məlumat verib.

Yarışda 5 yaşdan 15 yaşa qədər 180-ə yaxın gənc idmançı iştirak edib.

Tədbirin təşkilatçıları “Trikidsbaku”, Azərbaycan Triatlon Federasiyası, “Aquatic Palace” Su idmanı Sarayı, baş tərəfdaş isə “Metak” şirkəti olub.

Pəri Qaranizadə, Rauf Xasayev, Leyla Kərimli, Rəsul Hüseynov, Veronika Novotorjina, Məhər Sadıqlı, Leyla Qurbanova, Kənan Musayev, Məryəm Cavadova, Denis Xasyanov, Xumar Mustafayeva, Amin Oruclu, Vlastelina Xaysanova, Fərhad Şirməmmədli, Sevda Masoudi Nəsib, Əli Rzazadə müxtəlif yaş qruplarında qalib olublar.

Akvatlon idman yarışı formatına üzgüçülük və qaçış daxildir. Uşaqlar arasında keçirilən turnirdə 50 m üzgüçülük və 500 m qaçış üzrə məsafələr müəyyən edilib.