Bakıda mağazadan 35 ədəd telefon oğurlanıb. Bu haqda BakuPlus.az bu gün, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 19 avqust tarixində xəbər verir.

Nəsimi rayonu ərazisindəki mağazaların birindən 93.855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.