Paytaxt ərazisindəki şam ağacları müalicə olunur. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

Bir müddətir ki, Bakıdakı şam ağaclarının quruması müşahidə olunur. Bunun səbəblərini araşdırmaq üçün, eləcə də onların müalicəsini aparmaq məqsədilə xaricdən mütəxəssislər çağırılıb.

İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz bildirir ki, ağaclarda xəstəliklər var. Yayılmanın qarşısını almaq üçün bəzi ağaclara kimyəvi maddələr vurulub. Əgər həmin maddələr effektiv olsa, bütün ağaclar peyvəndlənəcək. Müalicəyə yararsız ağaclar isə kəsilməlidir, çünki xəstəlik yoluxucudur.

O, həmçinin əlavə edib ki, bu xəstəlik digər ölkələrdə 50 il öncə aşkarlanmışdır. Qafqaz bölgəsində isə 3 il əvvəl qeydə alınıb.

Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmadığından kəsilən ağacların sayı 3000-dən çoxdur.

şam ağacları müalicə olunur
Foto Apa.az saytı