Paytaxtda 2022-2023-cü dərs ili üçün 6 yeni məktəb inşa olunub. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Yeni təhsil ocaqlarının adları və yerləşdikləri ərazilər aşağıdakı kimidir:

  • Xəzər rayonu, Binə qəsəbəsi – 88 və 292 saylı tam orta məktəblər;
  • Xəzər rayonu, Bolluq yaşayış massivi – 334 saylı tam orta məktəb;
  • Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi – 304 saylı tam orta məktəb;
  • Binəqədi rayonu, Binəqədi qəsəbəsi – “Yeni məktəb”;
  • Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi – 133 saylı tam orta məktəb.

Həmçinin paytaxtın 7 məktəbində yenidənqurma işləri aparılıb, 92 məktəb təmir olunub.