Paytaxt ərazisində daha 2 avtomobilin yanması qeydə alınıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Sabunçu rayonunda “Daewoo” markalı nəqliyyat vasitəsinin arxa təkəri alışıb. Nəqliyyat vasitəsinin digər hissələrinə ziyan dəyməyib.

Nərimanov rayonunda isə “Hyundai” markalı avtomobil dirəyə çırpılaraq alışıb. Nəqliyyat vasitəsinin mühərrik hissəsi və salonu yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.

Hər 2 hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınlar söndürülüb.