Azərbaycan 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 19 avqust tarixində xəbər verir.

Beynəlxalq Astronavtika Federasiyası (IAF) gələn ay Fransanın paytaxtı Parisdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin (IAC2022) iştirakçılarına müraciət edib.

Qurum iştirakçıları gələn il Azərbaycanın ev sahibliyi edəcəyi eyni tədbirə qatılmağa dəvət edib.

“IAC2022 nümayəndə heyətləri, Bakıda keçiriləcək IAC2023-də sizi nələrin gözləyəcəyindən xəbər tutmaq, Azərbaycanın təqdim etdiklərinə nəzər salmaq, dadına baxmaq, ölkənin çoxəsrlik kosmik irsini kəşf etmək üçün “Azərkosmos”un H5 stendinə yaxınlaşın”, – deyə müraciətdə qeyd olunub.

İlk dəfə ölkəmizdə belə tədbir 1972-ci ildə keçirilib.