Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

“Mercedes” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Avtomobilin qalan hissəsi və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.