Bakının Xəzər rayonu, Zuğulba çimərliyi ərazisində batan şəxsin meyiti tapılıb. Bu haqda bu gün, 19 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.