Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 9 ünvanında yerləşən unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Aparılan monitorinq zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik qaydalara riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, eləcə də istifadə olunan xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı aşkar edilib.

Müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərlik məsuliyyətə cəlb olunub.

un məmulatları istehsalı sexində nöqsanlar aşkarlanıb
Foto AQTA-nın rəsmi saytı