Suraxanı rayonunda şəhidlərə həsr olunmuş turnir keçiriləcək. Bu haqda 19 avqust tarixində Suraxanı Rayon Gənclər və İdman İdarəsi məlumat verib.
Yeni Suraxanı qəsəbəsində 21 avqust saat 09:00-da şəhidlərin xatirəsinə həsr olunmuş “Free Fighting” üzrə turnir baş tutacaq.
Turnir Azərbaycan Həvəskar və Peşəkar Free Fighting Döyüş Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunur.