Azərbaycanı “Eurovision 2009” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Aysel Adıgözəlzadə (Teymurzadə) İnstaqram səhifəsində vətəndaşları fırıldaqçılara qarşı xəbərdarlıq edən paylaşımla bölüşüb. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az məlumat verir.

Aysel Teymurzadə Fondunun dəstəklədiyi iddia edilən investisiyalarla bağlı təlim video kursunun saytından skrinşotları Hekayələr bölməsində yerləşdirən Aysel vətəndaşları fırıldaqçılara qarşı xəbərdar edib: “Dostlar! Bunlar fırıldaqçılardır! Mənim bununla heç bir aidiyyətim yoxdur”, – deyə müğənni yazıb.