Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə heyvan kəsimi məntəqələrində monitorinqlər keçiriblər. Bu haqda qurumun mətbuat xidməti bu gün, 23 avqust tarixində məlumat verib.

Keçirilən reyd nəticəsində Bakının Yasamal, Nizami və Suraxanı rayonlarında 21 heyvan kəsimi məntəqəsində qanunsuz metal konstruksiyalar sökülüb.

Ümumilikdə reyd zamanı ölkə ərazisində 111 heyvan kəsimi məntəqəsində aparılan monitorinqlər zamanı 91 nöqsan aşkar olunub.