Bakının Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində (6-cı parallel küçəsi adı ilə tanınan ərazi) parkinq problemi yaranıb. Bu barədə Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsindəki paylaşıma istinadən xəbər verir.
Bildirilir ki, küçənin sağ tərəfindəki parkinq bir nəfərə, sol tərəfindəki isə digər şəxsə məxsusdur. Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, “parkovşiklər” parkinqin heç bir quruma aid olmadığını bildirirlər.
Məlumata görə, ərazidə “işləyən” və pulsuz park etməyə icazə verməyən bu şəxslər toplanan vəsaitin qazilərin ehtiyaclarına getdiyini deyirlər.
“Hazırda küçələrdə parklanma ödənişsiz olsa da, hələ də qazilərin adı altında pul tələb edən və toplayanlar var. Maşını sərbəst (ödənişsiz) şəkildə parkinq etməyə isə imkan verilmir. Bu sahəyə nəzarət yoxdursa, deməli, şərait yaradanlar var”, – paylaşımda qeyd edilib.
6-cı parallel adı ilə tanınan küçədə “parkovşiklər” qazi adı ilə pul yığırlar



