Bakının Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 24 avqust tarixində APA məlumat verib.
Bakı şəhər sakini A.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobillə Hacıqabul rayon sakini Samir Şıxalıyevin idarə etdiyi moped toqquşub. Hadisə nəticəsində motosikleti idarə edən şəxs yerindəcə keçinib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.