Sabunçu rayonunda gənc qız itkin düşüb. Bu haqda 24 avqust tarixində Lent.az məlumat verib.

Avqustun 21-i saat 13:00 radələrində Pirşağı qəsəbəsində yaşayan 15 yaşlı Roza Mürvətova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun anası Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edərək axtarışla bağlı kömək istəyib.

Faktla bağlı araşdırma aparılır.