Bakıda qadına qarşı quldurluq edən şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 25 avqust tarixində xəbər verir.
Binəqədi rayonunda bir qadından içərisində 2350 manat pul, 300 manat dəyərində planşet və mobil telefon olan çantanı quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyeva saxlanılıb.
Araşdırmalar davam edir.