“Sofar” Bakıda növbəti konsertini keçirəcək. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az təşkilata istinadən xəbər verir.

Tədbir 3 sentyabr saat 19:00-da başlayacaq. Qeydiyyatdan keçmək üçün ilk öncə “Sofar”-ın rəsmi saytı vasitəsilə müraciət göndərilməlidir. Yer məhdudiyyəti olduğundan iştirakçılar təsadüfi şəkildə seçilir və onların poçt ünvanlarına təsdiq məktubu göndərilir. Məkan haqda məlumat ənənəvi olaraq konsertə 24 saat qalmış açıqlanacaq. Qiymət bir nəfər üçün 15 AZN təşkil edir.

“Sofar Sounds” 2009-cu ildə, Londonda yaradılıb və hazırda 325-dən çox şəhər, 80-dən çox ölkədə fəaliyyət göstərir. Məqsədi istedadlı musiqiçilərə dəstək olmaq və hər kəsin yaxın otura biləcəyi mühitdə konsertlər təşkil etməkdir.