Yasamal və Nəsimi rayonlarının bir hissəsində 27-28 avqust tarixlərində içməli suyun verilməsində məhdudiyyət yaranacaq. Bu haqda 27 avqust tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilir. Belə ki, 160 və 500 mm diametrli polad borulardan ibarət xətlər müvafiq olaraq 160 və 400 mm diametrli polietilen borular ilə əvəz olunur.

Hazırda əraziyə təmir briqadaları və xüsusi texnika cəlb olunub.

Su olmayacaq
Foto Azərsu ASC-nin rəsmi saytı