Bakının Xətai rayonunda yerləşən Heydər parkında yenidənqurmadan sonra bu gün, 27 avqust tarixində ilk dəfə olaraq konsert baş tutacaq. Bu haqda Bakuplus.az Xətai Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Konsert saat 19:30-da yeni qurulmuş amfiteatrın səhnəsində keçiriləcək. Proqram RİH tərəfindən təşkil olunur.
Giriş hər kəs üçün sərbəstdir.