Bakıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən yayınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 29 avqust tarixində xəbər verir.
Ötən gün paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində “Toyota Prius” markalı avtomobili idarə edən sürücü 30 yaşlı Nurəddin Məmmədlini piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.