Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar 31 avqust saat 09:00-dan etibarən 2 sentyabr saat 20:00-a qədər adıçəkilən yol bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.