“Batareyaları təhvil ver – təbiəti qoru” layihəsi çərçivəsində toplanmış batareyalar utilizasiya üçün müvafiq quruma təhvil verilib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.

“Bravo” marketlər şəbəkəsinin 28 Mall, 20 Yanvar və Gənclik Mall filiallarında toplananan 98 kiloqram işlənmiş batareya “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

Ümumilikdə may ayında start götürən layihə çərçivəsində 191 kiloqram batareya toplanılıb.

Hazırda tullantı batareyalar üçün “Araz”, “Neptun”, “Rahat” marketlərdə qutular yerləşdirilərək məntəqələrin sayı 50-yə çatdırılıb. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.