Bakıda son günlər yayılan rotovirus barədə Səhiyyə Nazirliyinin eksperti rəy bildirib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 31 avqust tarixində xəbər verir.
Mütəxəssis-ekspert, qastroenteroloq Emin Məmmədov “Mədə xəstəlikləri” mövzusunda danışarkən bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır:
“Həmin şəxslər antibiotik terapiyasından uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır”.