Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb. Bu haqda 31 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Müşfiqabad qəsəbəsi ərazisində avqustun 30-da saat 20:00 radələrində Sumqayıt şəhər sakini R.Baxışov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Əliqulu Mustafayevi vurub.

Qəza nəticəsində Mustafayev xəstəxanaya yerləşdirilsə də, bir müddət sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.