Bakı sakinləri Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsində avtobus dayanacağında pavilyonun quraşdırılmasını xahiş edirlər. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Bildirilir ki, avtobus gözləyən sərnişinlər günün istisindən, yaxud yağışdan qorunmaq üçün hara sığınmalı olduqlarını bilmirlər. Ərazi boş olduğundan ətrafda kölgəlik yoxdur, parkinq düz səkidə yerləşir.
Problemi həll etmək üçün sakinlər Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ediblər.