Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 2-ci döngə ünvanında, “Cümə” məscidinin arxasında kanalizasiya daşıb. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Sakinlərin sözlərinə görə, 1 həftədir kanalizasiyadan su daşaraq, küçə boyunca axır. Onlar rəsmi qurumlarla əlaqə saxlasalar da, heç kim müdaxilə etmir.