Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii AŞ) şirkəti ADEX-2022 4-cü beynəlxalq müdafiə sərgisində iştirak edəcək. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Anadolu-ya istinadən məlumat verir.

Tədbir çərçivəsində TUSAŞ aviasiya və kosmos sahəsindəki inkişaflarını təqdim edəcək.

Bu təşəbbüslər çərçivəsində təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və kosmos layihələri, xüsusilə Türkiyənin ilk HÜRKUŞ təlim təyyarəsi, ilk HÜRJET reaktiv təlim təyyarəsi və dünyanın 5-ci nəsil döyüş təyyarəsi layihələrindən biri olmaqla, ADEX ziyarətçilərinə təqdim ediləcək.

TUSAŞ dünyanın TOP-100 ən böyük aerokosmik və müdafiə şirkətləri sırasına daxildir. Sentyabrın 6-8-də Bakıda 32 ölkədən 200-dən çox şirkətin iştirakı ilə ADEX-2022 beynəlxalq müdafiə sərgisi keçiriləcək.