Bakıda 18.000 manata satışa çıxarılan avtomobilin 30.000-ə yaxın xərci olduğu məlum olub. Bu haqda BakuPlus.az sosial şəbəkələrə istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtda satışa çıxarılan “Mercedes” markalı avtomobil yoxlanış üçün rəsmi servisə aparılıb.

Orada nəqliyyat vasitəsinin 28.000 manat xərcinin olması barədə sənəd təqdim olunub.

Təqdim olunan maşın 2009-cu il istehsalı olan “Mercedes” avtomobilidir.