Paytaxtın Binəqədi rayonu, Novxanı qəsəbəsinin dəniz sahilinə tullantılar atılıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə ilə bağlı Dövlət Ekologiya Xidmətinə daxil olmuş müraciət araşdırılıb.

Xidmətin əməkdaşı Vaqif Cavadov bildirib ki, qeyd olunan ünvanda aparılan yoxlama zamanı rayonun qrunt su arxına məişət tullantılarının atıldığı, nəticədə suyun çirkləndiyi aşkar edilib.

“Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən axar tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Bələdiyyəyə tapşırıq verilib”, – deyə V.Cavadov bildirib.