Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Abbas Abbaszadə küçəsi ilə II massiv, 3-cü küçəni birləşdirən yolda təmir işləri aparılır. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Uzunluğu 510, ortalama eni isə 8 m olan küçədə hazırda köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənir. Daha sonra yeraltı kommunikasiya xətləri bərpa olunacaq, yol cizgiləri çəkiləcək və müvafiq nişanlar quraşdırılacaq.
Cari il ərzində Səbail rayonu ərazisində ümumilikdə 5 km yolun əsaslı təmiri nəzərdə tutulub.
