Paytaxtın Suraxanı və Binəqədi rayonlarında avtomobillər yanıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonunda “Toyota” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Binəqədi rayonunda isə “HOWO” markalı yük avtomobilinin kabinəsi və mühərrik hissəsi alışıb. Nəticədə yaxınlıqda dayanan “Mercedes” markalı digər yük avtomobilinin kabinəsi də yanıb.
Hər 2 hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınlar söndürülüb.