Bakıda qayçı udan vətəndaş əməliyyat olunub. Bu haqda BakuPlus.az Nərimanov Tibb Mərkəzinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.

Təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 06.09.2022-ci il saat 22:10 radələrində qayçı udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

Əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub.

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qaldıqdan sonra palataya köçürülüb.

Hazırda müvafiq müalicələr davam etdirilir. Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.