Paris-Sinqapur təyyarəsi Bakı hava limanına təcili eniş edib. Bu haqda BakuPlus.az Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdiriliblər.