Bakıda anası tərəfindən öldürülmüş 1 yaşlı uşağın nənəsi danışıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Körpənin nənəsi Leyla Bağıyevanın sözlərinə görə, ana öz övladının südünə zəhər qatıb, ölmədiyini görəndən sonra isə onu boğaraq öldürüb.

Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə, özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”, – deyə o, əlavə edib.

Bundan əlavə, L.Bağıyeva qızının psixoloji problemlərinin olduğunu da qeyd edib. Uşağını öldürən 20 yaşlı Nərgiz Bağıyeva həyat yoldaşının narkotik aludəçisi olduğu üçün ondan boşanmışdır.

Daha öncə, Suraxanı rayonu, Hövsan qəsəbəsində ananın öz doğma uşağını zəhərləyərək öldürməsi barədə məlumat verilmişdir.