Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi avtomobillərin təhsil müəssisələrinin yaxınlığında park edilməsi və dayanma-durma qaydalarının pozulması digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneələr yaradır və yollarda sıxlığın yaranmasına səbəb olur.

Unutmayın ki, tıxac məktəblilərin ictimai nəqliyyatla dərsə gec getməsinə də səbəb olur. Odur ki, avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma qaydalarına riayət etmək vacibdir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni Bilik Günü münasibətilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır.