13 yaşında ana olan qız və onun körpəsi barədə yeni məlumat yayılıb. Bu haqda 13 sentyabr tarixində Bizim.media məlumat verib.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, ev şəraitində ana olan 13 yaşlı yeniyetmə hələ də TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicəsini davam etdirir. Yeni doğulan körpə isə 1 saylı Körpələr Evinə yerləşdirilib:

“Bu gün yeniyetmənin anasının şifahi müraciəti əsasında 13 yaşlı qızın Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilməsi ilə bağlı ərizəsi rəsmiləşdiriləcək. Yaxın zamanlarda yeniyetmə artıq normal təhsilini davam etdirəcək. Eyni zamanda sığınacaqda yaşayaraq, reablitasiyasını keçəcək”, – Kəmalə Ağazadə məlumat verib.