Dendrologiya İnstitutu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 89-da yerləşir. Bura “Botanika bağı”, “Muxtarov bağı”, “Dendrariy” kimi də tanınır.

1890-cı illərdə tikili neft milyonçusu Murtuza Muxtarovun bağ evi kimi inşa edilib. Bina Mərdəkanda inşa edilmiş ilk villalardandır. Ərazi qayalıq olduğundan Muxtarov buraya əkin üçün yararlı torpaq gətirib. Barjlarla dəniz sahilinə gətirilən torpaq uzun məsafəyə araba və dəvələr vasitəsilə daşınıb. Milyonçu burada o dövrün müasir su qurğularını yerləşdirərək, ərazini yaşıllığa çevirib.

[Şamil Fətullayev. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı-2013]

Yay aylarının istisində buraya gələn qonaqlar dincəlmək üçün bağın balaca meydançasına enib, burada dondurma, meyvə yeyər, şərbət, qəhvə, şərab içərdilər. Onlar burada yerləşən hovuzda bəzəkli, naxışlı qayıqlarda seyrə çıxardılar. Hovuzların divarlarını sarmaşıq və ətirli bal çiçəyi bəzəyərdi. Buraya sazəndələr və xanəndələr dəvət olunardı.

[М.Сулейманов. Дни минувшие. Баку-1987]

1920-ci ildə bağ milliləşdirilir. 1924-cü ildə buranın xüsusiyyətlərini nəzərə alaraq, rus botaniki N.Vavilov burada Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialını təşkil etmişdir. A.Strepkova, N.Kosteçkiy, P.Şutov, Y.Jiqareviç, S.Ələkbərov kimi alimlər tərəfindən burada elmi-tədqiqat işlərinin aparılması respublikada subtropik bitkiçiliyin inkişafına səbəb olmuşdur. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür və 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir.

[https://dendrologiya.az/?page_id=251]

Keçmiş bağ ərazisində rus şairi Sergey Yeseninin ev-muzeyi də fəaliyyət göstərir. Yesenin 1925-ci ildə Bakı şəhər partiya təşkilatının katibi P.Çaginin dəvəti ilə məhz burada yaşamış, bir müddət bu yerlərdə yazıb-yaratmışdır. Çaginin xatirələrindən məlum olur ki, o, şərq ədəbiyyatı ilə maraqlanan Yesenin üçün Bakıda İran illüziyası yaratmağa çalışırdı. Şairin fikrinə görə, bağ evi memarlıq üslubu ilə şərq ideyalarını əks etdirirdi.

[С.А.Есенин в воспоминаниях современников. Т-2. Москва-1986]

Muxtarovun bağında “Arşın mal alan”, “O olmasın bu olsun”, “Qorxma, mən səninləyəm”, “Dərviş Parisi partladır” kimi bir çox filmlər çəkilib.

[Tağıyev C. Bir təşəbbüsün iziylə. Mədəniyyət.- 2009.- 21 avqust.- S. 8; 9.]

Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu

Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu
Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu
Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu
Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu
Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu Murtuza Muxtarovun şəxsi bağ evi: Dendrologiya İnstitutu