Bakıdakı Salaam Cinema mədəniyyət məkanında sentyabrın 25-i keramik maska üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Dərs zamanı iştirakçılar maskanın gildən hazırlanması, boyanması, qlazurlanması və bişməsi proseslərini öyrənəcəklər. Hazır məhsullar bişdikdən sonra müəlliflərinə təhvil veriləcək.

Master-klas saat 17:00-dan 19:00-dək davam edəcək. Ödəniş 20 manatdır.

Qeydiyyatın son tarixi 24 sentyabrdır. Qeydiyyat üçün əlaqə nömrəsi: 051 340 86 24.