Nərimanov rayon sakinləri sement zavodundan şikayətçidirlər. Bu haqda 20 sentyabr tarixində Bakuplus.az Xəzərxəbər.az-a istinadən xəbər verir.

Araz küçəsində yaşayan sakinlər toz-duman əlindən yolda çox çətinliklə hərəkət edirlər. Onlar bildirirlər ki, çınqıl-beton qırıntıları yolboyu ətrafa yayılıb.

Sakinlər iddia edirlər ki, təxminən 1 ildən çoxdur, ərazidə sement zavodu fəaliyyətə başlayıb. Hər gün zavoda qumdaşıyan, betonqarışdıran maşınlar girib-çıxdığından, belə mənzərə yaranır. İddialara görə, dəfələrlə zavoda müraciət edilsə də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı sözügedən zavoddan bildirilib ki, sakinlərin müraciəti əsasında yol bir dəfə təmizlənib. Ondan sonra müəssisəyə heç bir şikayət daxil olmayıb:

”Sakinlərin müraciətləri olarsa, ərazidə təmizlik işləri aparılacaq”.