Vətən müharibəsi şəhidi Elvin Salahovun doğum günündə məzarı ziyarət olunub. Bu haqda 20 sentyabr tarixində Yasamal RİH məlumat verib.

Şəhidin məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.

şəhid Elvin Salahovun doğum günündə xatirəsi anılıb
Foto Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytı