Qaradağ rayonunda sərnişinin ölümünə səbəb olan sürücüyə hökm oxunub. Bu haqda 21 sentyabr tarixində Report məlumat verib.

Bakıda yol qəzasında bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Cəmşid İsmayılova hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

17 dekabr 2021-ci il tarixində Ələt qəsəbəsi ərazisində 37 yaşlı Gədəbəy rayon sakini Cəmşid İsmayılov idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla “VAZ-2105” markalı maşınla toqquşub. Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan 9 sərnişin xəsarət alıb. Daha sonra sərnişinlərdən biri, 11 yaşlı Əli Əlili Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Bundan əvvəl də İsmayılov Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilmişdir.