Bakıda qazi övladına kobudluq edən məktəb direktoruna töhmət verilib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

Paytaxtın Nizami rayonunda yerləşən 227 saylı tam orta məktəbin direktoru Sevinc Hüseynova qazi polkovnik Elşən Umarovun övladına qarşı kobud rəftar edib.

Bununla bağlı Bakı şəhər Təhsil İdarəsi tərəfindən direktora vətəndaş qəbulu qaydalarına düzgün riayət edilmədiyinə görə töhmət verilib. Daha sonra qazi ilə görüş keçirilib, onunla övladının təhsili barədə söhbətlər aparılıb.