DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial-psixoloji dəstək və reabilitasiya məqsədilə onlar üçün atlardan istifadəyə əsaslanan psixoloji terapiya forması olan hipoterapiya seansları təşkil edib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az məlumat verib.

“Hipoterapiya və Sosial Reabilitasiya” adlanan layihə autizm, serebral iflic, sağlamlıq imkanları məhdud uşaqlar və digər xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub. Elmi cəhətdən təsdiq edilmişdir ki, atlar ilə ünsiyyət qurmaq, uşaqların psixoloji, fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir, reabilitasiya tədbirlərinin effektivliyini artırır.

Mərkəz ilə “Murad Atçılıq” MMC arasında bağlanmış müqavilə əsasında layihə həftədə iki dəfə həyata keçirilir.

Uşaqlara atlarla ünsiyyət vasitəsilə müalicə ilk dəfə 1970-ci illərdə ABŞ-da tətbiq edilib.

Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün atlarla ünsiyyət terapiyası seansı təşkil edilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi