Bakının Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli yaşayış binası sökülür. Bu haqda bu gün, 21 sentyabr tarixində Bizim.Media məlumat verib.

Binada yaşayan sakinlər artıq köçürülüb. Bildirilir ki, həmin ərazidə Zəfər abidə kompleksi tikiləcək.

Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina rayonun ümumi görkəminə xələl gətirir və dövlət sifarişi ilə söküləcək. Həmçinin bildirilib ki, köçürmə komissiyası yaradılıb və kompensasiyanın məbləği müəyyən edilib.

Daha öncə məlum olub ki, sakinlər təklif olunan şərtlərlə razılaşmırlar və bu səbəbdən binada qalaraq köçməkdən imtina edirlər.