Xalq artisti Əminə Yusifqızı səhhətinin pis olmadığını deyir. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.

“Vallah yadımda deyil. Ola bilər elə vaxtıma düşüb, elə demişəm ki, səhhətim çox pisdir. Yaşlı adamam, hər şey ola bilər, səhhətim barədə hər şey deyə bilərəm”, – 85 yaşlı Xalq artisti söyləyib.

Qidalanması ilə bağlı isə Ə.Yusifqızı qeyd edib:

“Ümumiyyətlə, yaşlı adamlar çox az yeyir. Ona görə mən də az-az yeyirəm. Deyirlər e, uzandı, durmadı. Mən də elə deyirəm… Doğrudan da yaşım çoxdur. İndi hər şey qaydasındadır”.

Xatırladaq ki, Ə.Yusifqızı sentyabrın 21-də səhhətinin pis olduğunu, bir həftədir qidalanmadığını bildirmişdir.